Azərbaycan, Türkiyə və Türkmənistan arasında əlaqələrin genişləndirilməsi Türk Dövlətləri Təşkilatı dövlətləri arasında mövcud güclü həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edəcək və türk dünyasının birləşməsi prosesində irəliyə doğru çox mühüm addım olacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanicbek Ömuraliyevin bəyanatında deyilir.
O, Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Birinci Üçtərəfli Zirvə görüşünün nəticələrindən çox razı qaldığını qeyd edərək, Zirvənin üç qardaş xalq arasında əlaqələri gücləndirmək baxımından mühüm fürsət yaradacağını vurğulayıb.
Ömurəliyev əlavə edib ki, Azərbaycan, Türkiyə və Türkmənistan liderləri arasında əldə olunan razılaşmalar və ticarət, mədəniyyət, enerji, nəqliyyat kimi sahələrdə imzalanmış müxtəlif sənədlər TDT daxilində hərtərəfli əməkdaşlığın daha da möhkəmlənməsinə və qarşılıqlı fəaliyyətin artırılmasına töhfə verəcək.
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO
Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışlayırıq