"Bu il Aİ və Azərbaycan arasında əməkdaşlıqda bir sıra rekordlara imza atmışıq. Bu yalnız iqtisadi, ticarət sahələrini əhatə etmir, təhsil sahəsində də böyük nailiyyətlər əldə etmişik".
“İki sahil” xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransına deyib.
Aİ səfiri xatırladıb ki, Avropa İqtisadiyyat və İnvestisiya Planı çərçivəsində 2 milyard avro civarında maliyyə vəsaitinin səfərbər olunması nəzərdə tutulub. Bu Planın əsas məqsədi yeni iş yerləri, iqtisadiyyatın şaxələndirilməsi, yaşıl iqtisadiyyata keçidlə rifaha təkan vermək, iqtisadi böyüməni gücləndirməkdir.
Diplomat qeyd edib ki, bu Plandan irəli gələrək Aİ Azərbaycan hökuməti ilə sıx işləyəcək. "Plan üzrə İşçi qrup təşkil edilib, bu yüksək səviyyəli İşçi qrup fəal şəkildə koordinasiya şəraitində işləyəcək. Plan üzrə bir neçə layihənin icrasına başlanılıb”.
Aİ rəsmisi Gəncədə həyata keçirilən layihə və kənd yerlərində yüksək surətli internetin çəkilməsi ilə bağlı “Aztelekom”la əməkdaşlıq edildiyini vurğulayıb.
Səfir Mixalko dekabrın əvvəllərində Bakı Limanında başladılan layihə barədə də məlumat verib.
“Məqsədimiz odur ki, Bakı Limanını regionda qovşağa çevirək və regionda ilk yaşıl limana çevrilməsinə dəstək verək. Ticarət mübadiləsi sahəsində əməkdaşlığının genişlənməsi gözləyirik. Aİ Azərbaycanın əsas iqtisadi tərəfdaşıdır və Azərbaycanda istehsal olunan malların yarıdan çoxu Avropa bazarına çıxarılır”.
Enerji sahəsində vacib əməkdaşlığın olduğunu vurğulayan səfir deyib ki, Avropa Azərbaycanın qeyri-neft sektorunun dəstəklənməsində iştirak etdiyini əlavə edib.
O xatırladıb ki, bu ilin iyulunda Aİ və Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb ki, bu sənəd Azərbaycandan qaz ixracının iki dəfə artırılmasını, eyni zamanda bərpa olunan enerji mənbələrindən istifadə və bu sahədə əməkdaşlığı ehtiva edir.
“Bu memorandum enerji təhlükəsizliyi məsələlərini də təmin edir. Bu sənəddə alternativ enerji mənbələrində istifadə də nəzərdə tutulub”, Mixalko deyib.
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO
Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışlayırıq