“Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq enerji sektoruna yönəlib, lakin təkcə bu sahə ilə məhdudlaşmır”.
“İki sahil” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko dekabrın 15-də Bakıda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2022-ci ildə Azərbaycanla Aİ arasında əməkdaşlığın nəticələrini səmərəli adlandırmaq olar.
O xatırladıb ki, Avropa İttifaqı Azərbaycana iqtisadiyyatın şaxələndirilməsi, yeni iş yerlərinin açılması və inklüziv aqro-ərzaq sistemlərinin inkişafı üçün 2 milyard avro ayıracaq: “Artıq Azərbaycanda Aİ tərəfindən dəstəklənən bəzi layihələrin icrasına başlanılıb. Belə ki, bu ilin dekabrında Bakı Beynəlxalq Dəniz Limanının regionda ən inkişaf etmiş limana çevrilməsi və “yaşıl liman” statusu alması üçün onun idarəetmə sisteminin təkmilləşdirilməsi layihəsinin həyata keçirilməsinə start verilib”.
P.Mixalko vurğulayıb ki, Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq enerji sektoruna yönəlib, lakin təkcə bu sahə ilə məhdudlaşmır.
Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumuna münasibət bildirən P.Mixalko əlavə edib ki, bu sənəd iki tərəf arasında, həmçinin bərpa olunan enerji sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün nəzərdə tutulub: “Bu, həm də Avropa Komissiyası və Prezident Ursula fon der Lyayen üçün prioritet məsələdir. Azərbaycanın bərpa olunan enerji, külək və günəş enerjisi ilə bağlı böyük potensialı var”.
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO
Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışlayırıq