15 dekabr 2022 13:26
395

NATO-Azərbaycan tərəfdaşlığının perspektivləri müzakirə olunub

Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina ilə görüşüb.

“İki sahil” xəbər verir ki,  bu barədə azərbaycanlı diplomat "Twitter" hesabında bildirib.

Tərəflər NATO-Azərbaycan tərəfdaşlığının perspektivləri, Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə töhfəsi, enerji təhlükəsizliyi və regional məsələlər ətrafında fikir mübadiləsi aparıb.