15 dekabr 2022 16:58
552

Laçın yolundakı son vəziyyətlə əlaqədar diplomatik korpusun nümayəndələri üçün brifinq keçirilir

Laçın yolunda yaranmış son vəziyyətlə əlaqədar Xarici İşlər Nazirliyində xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpus və hərbi attaşelər üçün brifinq keçirilir.

“İki sahil” xəbər verir ki,  Ceyhun Bayramov son vəziyyətlə əlaqədar diplomatik korpusu məlumatlandıracağını bildirib.

Nazir, vəziyyətlə bağlı yanlış məlumatların yayıldığını diqqətə çatdırıb.