Qarabağda erməni əhalinin nə qida, nə tibbi ləvazimatlarla bağlı heç bir problemi yoxdur. Azərbaycan tərəfi humanitar istiqamətlərlə bağlı nə yardıma ehtiyac varsa, qarşılamağa hazırdır.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
XİN başçısı qeyd edib ki, ərazidə qaz təchizatı ilə bağlı məsuliyyətli tərəf Azərbaycan deyil:
"Yəni qazla bağlı deyilənlər feykdir. Dağlıq ərazilərdə soyuq hava şəraiti ilə əlaqəli mütəmadi problemlər qeydə alınır. Yerli erməni əhalinin başında duranlar yalan informasiyalar yayırlar. Özləri süni şəkildə ünsiyyətdən yayınırlar".
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO
Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışlayırıq