Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hərbçi qulluqçularının və qurumun sisteminə işə götürülən işçilərin ştat sayı ilə bağlı dəyişikliklər təsdiqlənib.
“İki sahil” xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə dəyişikliklərin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO
Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışlayırıq