Azərbaycanın Baş Prokurorluğu və Tacikistanın Dövlət Maliyyə Nəzarəti və Korrupsiyaya Qarşı Mübarizə Agentliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə Tacikistanın Dövlət Maliyyə Nəzarəti və Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin Mətbuat Xidməti məlumat yayıb.
Sənədi Azərbaycanın Baş prokuroru Kamran Əliyev və Tacikistanın Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbəri Sulayman Sultanzoda imzalayıblar.
Bildirilib ki, sənəd korrupsiyaya qarşı mübarizə, onun qarşısının alınması və ona qarşı mübarizə sahəsində əməkdaşlığın həyata keçirilməsi, gücləndirilməsi məqsədilə imzalanıb.
Görüşdə tərəflər gələcəkdə müvafiq qurumlar arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulmasının iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə müsbət təsir göstərəcyinə əminlik ifadə ediblər.
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO
Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışlayırıq