“Bir neçə gündür ki, Azərbaycanın ekoloqları Azərbaycanın torpağında ekologiyamıza vurulan ziyana etirazını bildirir”.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, Rusiya sülhməramlıları oradakı ermənilərlə birləşib qanunsuz silah daşınmasına şərait yaradır, İran vətəndaşlarını qanunsuz olaraq ərazilərimizə buraxır: “Aksiyaçılar buna etiraz edirlər və biz bunu dəstəkləyirik. Bu proseslərdə, əsasən, gənclərimiz iştirak edir. Azərbaycan gəncləri heç nəyi unutmur. Azərbaycan gəncləri bu gün köhnə nəsildən də çox Vətənini sevir, bizim gənclərimizin hər biri Prezident İlham Əliyevin dövründə vətənpərvərlik dərsləri alıblar. Biz fəxarət hissi keçiririk ki, bizim belə gənclərimiz var. Belə gəncləri, belə Ali Baş Komandanı olan dövlət hər zaman qələbəyə layiqdir”.
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO
Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışlayırıq