16 dekabr 2022 12:05
484

Partiya üzvlərinin reyestrində fərdi identifikasiya nömrəsi tələb olunmayacaq

“Siyasi partiyalar haqqında” qanun layihəsindən identifikasiya tələbi çıxarılır”.

“İki sahil” xəbər verir ki,  bunu Milli Məclisin bu gün keçirilən iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Hüseynli deyib.

Deputat bildirib ki, eyni zamanda siyasi partiya üzvlərindən 5.3, 20.10 maddələrindən identifikasiya tələbi çıxarılır: “Bunu deputatlar qanunazidd olduğunu bildirirdilər. Artıq bu tələb layihədən çıxarılır”.

Qeyd edək ki, 5.3-cü maddəyə əsasən, partiyanın təsis yığıncağının protokolunda təsisçilərin və səlahiyyətli şəxsin adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı və əlaqə telefon nömrəsi göstərilməli idi. 20.10-cu maddəyə görə isə siyasi partiya üzvlərinin reyestrini (adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə) aparılmalı idi.