16 dekabr 2022 17:03
455

Ərdoğan Azərbaycan, Türkiyə və Türkmənistan Zirvə Görüşünü uğurlu adlandırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənbaşıda keçirilən Azərbaycan, Türkiyə və Türkmənistan Zirvə görüşünü uğurlu adlandırıb.

“İki sahil” xəbər verir ki, Ərdoğan bu görüşün nəticəsi olaraq hər üç liderin əldə olunan razılıqlar məsələsində qərarlı olduqlarını vurğulayıb.

O əlavə edib ki, türkmən təbii qazının Türkiyəyə nəql edilməsinə dair işlər görülür.