17 dekabr 2022 12:37
471

Azərbaycan Prezidenti yaşıl enerji ilə bağlı strateji tərəfdaşlıq haqqında Sazişin imzalanmasına dair plenar iclasda çıxış edib

Xəbər verdiyimiz kimi, Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı plenar iclas keçirilir.

"İki sahil" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev plenar iclasda iştirak edir.

Rumıniya Prezidenti Klaus Yohannis Prezident İlham Əliyevi, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayeni, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini və Macarıstanın Baş naziri Viktor Orbanı qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Plenar iclası açan Rumıniya Prezidenti Klaus Yohannis qonaqları salamladı və çıxış etdi.

Hazırda dövlətimizin başçısı iclasda çıxış edib.