17 dekabr 2022 14:18
484

Nurit Qringer: Sübut etmək istəyirəm ki, ABŞ-ın Azərbaycana ehtiyacı var

Yaratdığım mərkəz Azərbaycan mədəniyyətini ABŞ əhalisinə çatdırmaq məqsədi daşıyır. ABŞ-da əsl Azərbaycanı göstərmək istəyirəm.

"İki sahil" xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında ABŞ-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri Nurit Qringer söyləyib.

"ABŞ-da erməni lobbisinin rolunu bilirik. Biz bu ölkə haqqında həqiqəti söyləmək istəyirik. Həmçinin sübut etmək istəyirəm ki, ABŞ-ın Azərbaycana ehtiyacı var", - deyə N.Qringer qeyd edib.