17 dekabr 2022 17:01
427

Baş nazir: Bərpaolunan enerji ilə bağlı potensialı artırmaq heç vaxt olmadığı qədər vacibdir

Azərbaycan Respublikası ilə Gürcüstan, eyni zamanda, Avropa arasında “yaşıl enerji” sahəsində ticarətin inkişafı baxımından bərpaolunan enerjiyə aid istehsal güclərinin mövcud potensialını artırmaq indi heç vaxt olmadığı qədər vacibdir.

“İki sahil” xəbər verir ki, bu sözləri Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasdakı çıxışında deyib.