Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətində səfərdədir.
“İki sahil” xəbər verir ki, bu ölkənin hakim siyasi partiyası olan Milli Birlik Partiyasının dəvəti ilə baş tutan səfər çərçivəsində YAP nümayəndə heyətinin Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarla görüşü nəzərdə tutulur. Bundan başqa, Yeni Azərbaycan Partiyasının, qardaş Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının və Milli Birlik Partiyasının nümayəndələrinin üçtərəfli görüşü və birgə mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Musa Quliyev, Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən, YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov və Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hülya Məmmədli təmsil olunurlar.
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO
Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışlayırıq