Bakı-Tiflis-Qars dəmiryolunun yükdaşıma gücü 5 milyon tona çatdırıla bilər
Zəngəzur dəhlizinin açılacağı təqdirdə onun Şərq-Qərb və ya son vaxtlar deyildiyi kimi Orta dəhlizin mühüm elementlərindən birinə çevriləcəyi həqiqətən gözlədiyimiz böyük perspektivlərdən biridir. Bu dəhlizdə nəzərdə tutulmuş dəmir, avtomobil yolları, qaz və hətta elektrik, rabitə xətlərinin Çin və Mərkəzi Asiya ilə Avropanın arasında hansı logistika, nəqliyat ticarət və tranzit rol oynayacağını təsəvvür etmək çətin deyil. Bu dəhlizin üzərindən nəqliyat, ticarət və logistika perspektivlərinin xüsusilə misilsiz və hamıya gərəkli olduğunu kimsə inkar etmir. Ancaq təəssüf ki, hamıya faydalı olan bu elementin iş düşməsinə heç də hamı gərəkən dəstəyi vermir. Hamı dəstək versəydi, dəhlizin açılması indiki "ölü" nöqtədə qərarlaşmazdı...
Azərbaycan Prezidentinin Füzuli -Ağbənd dəmiryolu və avtomobil yollarının, habelə Ordubad-Arazdəyən yollarının böyük starta hazırlanması yönümündə ciddi səylərindən başqa ortada hələlik heç nə yoxdur...
Ancaq Azərbaycan Prezidenti yenə də gözləmədi, Zəngəzur dəhlizinin böyük potensialının işə salınmasına mane olanlara qarşı daha bir alternativ gedişlə gündəmə gəldi. Bir halda ki, Zəngəzur dəhlizi üzərindən yükdaşımaların yeni tranşının açılmasını istəməyənlər, ona mane olanlar var, bunun çarəsi də yox deyil. Daha doğrusu, bunun alternativini tapmaq olar, necə ki, İlham Əliyev tapdı - cəmi 100 milyon dollar əlavə sərmayə qoyuluşu ilə Bakı-Tiflis-Qars dəmiryolunun yükdaşıma gücünü 1 milyondan 5 milyon tona qaldırmaq. Prezident bu unikal alternativin məsələsini Buxatestdə bir daha aktuallaşdırdı və müşahidələr göstərir ki, buna beynəlxalq maraq da az deyil. Təbii ki, bu dəmiryolu ilə yükdaşımanın 5 milyon tonluq yeni hədəfinə yaxınlaşdıqca ,Zəngəzur dəhlizinə mane olanlar nələr itirdiklərinin fərqinə daha çox varacaqlar.....
Onu da qeyd edim ki, Prezident Əliyevin hesabında Bakıdan Macarıstana "Yaşıl körpü" adlandırılan və gecikdirilən Zəngəzur dəhlizinin müəyyən mənada imkanlarını əvəz edən daha bir alternativ layihə var. Belə ki, ilk əvvəldə Zəngəzur dəhlizi ilə Naxçıvan və Türkiyə üzərindən Avtopaya elektrik enerjisinin nəqli də nəzərdə tutulurdu. Buyurun, İlham Əliyevin Buxarestdə imzaladığı və Azərbaycan-Gürcüstan-Qara dəniz-Rumıniya-Macarıstan marşrutu ilə elektrik enerjisinin nəqlini nəzərdə tutan "Yaşıl körpü" elə həmin hədəfin vurulması deyilmi?!....
Ancaq Zəngəzur dəhlizi də olacaq...
Aydın Quliyev
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışlayırıq