20 dekabr 2022 15:12
554

Ermənistan XİN Qarabağdakı ermənilərin sayı barədə yalan məlumatlar yayır

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Xankəndi-Laçın yolunun “blokadası” və Azərbaycanın Qarabağ bölgəsindəki ermənilərin sayı barədə yalan məlumatlar yaymağa davam edir.

“İki sahil” xəbər verir ki,  bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

“Sosial şəbəkələrdə yayılan çoxsaylı videogörüntülərdə avtomobillərin Laçın yolundan sərbəst keçdiyi aydın görünür”, - o qeyd edib.