Eramızdan əvvəl 69-cu ilin əvvəlində Kleopatra krallığının sonuncu hökmdarı olur. Tarixin ən güclü qadınlarından olan Kleopatra hökmdarlıq etdiyi 22 il ərzində Misirə sabitlik, rifah gətirib. Misirə bu günə qədər hökmdarlıq edənlər arasında bəlkə də ən yaxşı təhsili o alıb. Kleopatra Misir dilində oxumağı və yazmağı bacaran yeganə kraliça olub. O dövrün tarixçilərinin etdiyi qeydlərdən məlum olub ki, Kleopatra öz dilindən başqa ivrit, ərəb, fars, həbəş və somali dillərini də oxuyub yaza bilirdi.
Əslində Kleopatra yunan olub. Onun ailəsi Yunanıstandan Misirə köçüb. O, Misirdə anadan olsa da, Makedoniya əsilli idi. Kleopatra Misirdə danışmağı və yazmağı öyrənən ilk Ptolemey hökmdarı idi. 300 il ərzində onun ailəsi yalnız yunan dilində danışırdı. Məhz buna görə o zamanlar bütün məhkəmə sənədləri həm Yunan, həm də Misir dilində olub.
18 yaşında olarkən Kleopatra öz 9 yaşlı qardaşı XII Ptolemey ilə ailə həyatı qurur. Çünki o zamanlar a qadın tək hökmranlıq edə bilməzdi.
Halenin sözlərinə əsasən, Kleopatra kosmetologiya ilə maraqlanırdı. O, Sezara saç tökülməsi ilə mübarizə aparmağa kömək edirdi. Ölü dənizdə hətta Kleopatranın ətir fabrikinin qalıqları tapılıb. Bu yer həm də gözəllik və spa salonu kimi istifadə olunub.
Tarixi faktlara əsasən, Kleopatra bütün zəhərli maddələri yığırdı və zindana düşərək məhkumların üzərində müxtəlif tədqiqatlar aparırdı.
Bir çoxları Kleopatranın gözəl olduğunu hesab edirlər . Lakin bu, belə deyil. Kembric universitetinin alimləri kraliçanın üzünün modelini düzəltməyə müvəffəq olmuşlar. Onların sözlərinə görə, Kleopatra heç də gözəl qadın olmayıb.
Heç bilirdinizmi ki, Sezar Kleopatraya aşiq olanda onun 52, Kleopatranın isə cəmi 21 yaşı var idi. Bütün qadağalara baxmayaraq onlar sevgili oldular.
Aksium ətrafında məğlubiyyətdən sonra Mark Antoni və Kleopatra bir yerdə ölməyə and içirlər. Məhz buna görə eramızdan əvvəl 30-cu ildə Kleopatranın yayılan yalan ölüm xəbərini alan Mark Antoni özünü qılınc önünə atır.
Deyilənlərə görə, kraliçanın vəfatına səbəb olan onu kobra tərəfindən dişləməsi olur. Digər versiyaya əsasən isə Kleopatra içi boş olan saç sancağında zəhər saxlayırdı.Məhz bu zəhəri Kleopatra və onun iki qulluqçusu qəbul edirlər. Məşhur Tarixçi Kristofer Şeferin sözlərinə görə, Kleopatra kobranın dişləməsindən deyil, opium və baldıran otu bitkilərinin ölümcül qarışığından vəfat edib. Həmin qarışıq isə bədəndə heç bir iz qoymur.
Kleopatra öləndə, cəmi 39 yaşında idi və onun məzarı hələ də tapılmayıb. Arxeoloqlar axtarışlara davam etsələr də, hələ ki, Kleopatra və Mark Antoninin qəbirilərini tapa bilməyiblər. Bununla belə, Misir Qədim Əşyalar Xidməti onun İsgəndəriyyənin cənub-qərbindəki “Taposiris Magna” məbədində və ya onun yaxınlığında dəfn olunduğuna inanır.
Samirə Tağıyeva, “İki sahil”