25 dekabr 2022 19:10
1022

İsmayıllıda ölümlə nəticələnən qəza baş verib

İsmayıllı-Qəbələ avtomobil yolunun İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində  "BMW" və  “Honda” markalı avtomobillər toqquşub.

DİN-in Mətbuat Xidmətindən “İki sahil”ə verilən məlumata görə, hadisə nəticədə “Honda” markalı avtomobilin sərnişini, 2002-ci il təvəllüdlü Nurlan Nağıyev dünyasını dəyişib.

Hadisə zamanı xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.