27 dekabr 2022 01:35
727

Bank kartları haqqında bilmədikləriniz...

Müasir dünyada bir çox insan tez-tez kredit götürür. Heç vaxt kreditə müraciət etməyən nadir insanlar var. İndi bir çox ailənin kredit borcunun olması bütün dünya üzrə adi bir hala çevrilib. Aşağıda kredit kartları haqqında maraqlı faktlar danışacağıq:

İlk kredit kartı

İlk dəfə kartlar, əlbəttə ki, Amerikada 1950-ci ildə ortaya çıxdı. Frank Maknamara kredit şirkətinin direktoru idi. Bir dəfə restoranda işi çıxdığı üçün o təcili getməli oldu. Sonradan yeməyin pulunu ödəməyi unutduğunu xatırladı. Belə vəziyyətlərdə nə etməli olduğunu düşündü və gözəl bir fikri düşündü. O, kartla ödəməyə qərar verdi. Bundan sonra Maknamara, üzvlərinə kredit kartları verilən xüsusi bir klub yaratdı. Beləliklə onların uzun yolları başladı.

XIX əsrdə gələcəkdə kredit kartlarının çıxacağını təxmin edirdilər

İnsanlar daim gələcəyi proqnozlaşdırmağa çalışırlar. Bu, daha çox kitablarda edilir. Eduard Bellaminin müəllifi olduğu "Geriyə baxış" romanında kredit kartları təsvir edilir. Roman 1888-ci ildə yazılıb. Gələcəyi - 2000-ci illəri təsvir edir.

Əvvəllər bank kartları plastikdən hazırlanmırdı

İndi bütün kartlar plastik materialdan hazırlansa da, amma bu, əvvəllər belə deyildi. Belə ki, kartondan hazırlanan kart 1960-cı ildə buraxıldı.

SSRİ-də ilk kredit kartı Qorbaçovun olub

SSRİ ərazisində ilk kart Qorbaçovda görünüb. Ancaq prezident ondan istifadə etməyib. Sonda kart muzeyə verilib.

Elit kartlar

Yalnız adi kredit kartları deyil, həm də elit kartlar mövcuddur. Məsələn, Dubayın ilk “Royale Mastercard”na nəzər salaq. Bu, yalnız BƏƏ-də kral ailəsi üçün mövcud olan bir kral kartıdır. Kart adi plastik deyil, qızıl ilə işlənib və əsl almazlarla bəzədilib.

Ən çox kart kimdədir?

Kaliforniyada yaşayan Ualter Kaven ən böyük kolleksiya toplayıb. 2005-ci ildə bu şəxsin təxminən 1500 kredit kartı var idi. Bu şəxs hətta “Ginnesin Rekordlar Kitabı”na düşməyi də bacardı. Problemsiz banklar ona kredit kartı verməkdən çəkinmirdilər.

Plastik kartları sındırmaq çox asandır

Kredit kartını sındırmaq üçün böyük səy göstərməyə ehtiyac yoxdur, onlar çox rahat şəkildə bölünür.

Banklar kredit kartlarından çoxlu pul qazanırlar

Bankların digər kredit vermə növlərindən daha çox kredit kartlarından qazanc əldə etdikləri barədə məlumat verməyə dəyər.

İnsanlar tez-tez kartlardan pul oğurlayırlar

 

Son zamanlar fırıldaqçılar çox hiyləgər olublar. Ən çox, qurbanlar kartlarının gizli məlumatlarını fırıldaqçılardan şübhələnməyərək özləri ötürürlər. Buna görə, müasir dünyada ayıq olmaq lazımdır.

Nubar Süleymanova, “İki sahil”