2011-ci ildən Azərbaycanda rezidentura təhsili tətbiq edildikdən sonra xarici ölkələrdə klinik ordinatura təhsili almış şəxslər üçün keçiriləcək imtahanların tarixləri açıqlanıb.
“İki sahil” xəbər verir ki, ilk imtahan yanvarın 23-də keçiriləcək.
Həmin şəxslər imtahana buraxılış vərəqəsini imtahana ən geci 5 gün qalmış şəxsi kabinet vasitəsilə əldə edəcəklər. İmtahanın yeri və ixtisas üzrə keçirilmə tarixi barədə məlumatlar imtahana buraxılış vərəqəsində qeyd olunacaq.
Digər imtahan tarixləri aşağıdakı cədvəl üzrə olacaq.
Keçirilmə tarixi |
Vaxtı |
23.01.2023 |
saat: 15:00 |
24.01.2023 |
saat: 15:00 |
25.01.2023 |
saat: 15:00 |