10 yanvar 2023 22:36
1007

“Twitter”ə sadə, amma lazımlı yenilik gəlir - FOTO

"Twitter"ə mətn formatlama funksiyası əlavə olunacaq.

“İki sahil” xəbər verir ki, bu barədə amerikalı sahibkar İlon Mask sosial şəbəkədəki səhifəsində məlumat verib.

"Bu rübdə biz qalın şrift, alt xətt və şrift ölçüsü kimi sadə formatlaşdırma xüsusiyyətlərini əlavə edəcəyik", - deyə o bildirib.