17 yanvar 2023 10:56
459

Səfir: Aİ və Azərbaycan arasında uğurlu əməkdaşlıq mövcuddur

“Avropa İttifaqı və Azərbaycan arasında sosial sahədə uğurlu əməkdaşlıq mövcuddur”.

“İki sahil” xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko "Azərbaycanda pensiya islahatlarına dəstək - Faza 2" Aİ-nin Tvinninq Layihəsinin açılış mərasimində bildirib.

Peter Mixalko qeyd edib ki, bu layihənin birinci mərhələsi artıq uğurla icra olunub:

“Bu, Aİ və Azərbaycan arasında sosial sahədə uğurlu əməkdaşlığın elementidir. Avropa İttifaqı Azərbaycanda ictimai xidmətin, dayanıqlılığın inkişafına, ictimai institutların effektivliyinin artırılmasına dəstək verir. Aİ Azərbaycanla öz təcrübəsini bölüşür.

Təqaüd sistemi hər bir cəmiyyətdə təqaüd yaşına çatmış şəxslərin gəlir mənbəyidir. Bu sistemin inkişafı və dayanıqlılığı əksəriyyət ölkələrin sosial gündəliyində çox vacib yer tutur.

Aİ bu layihənin Azərbaycanda həyata keçirilməsi üçün 1.5 milyon avro maliyyə dəstəyi ayırıb. Bu layihə çərçivəsində hədəflərə çatılacağına ümid edirəm”.