Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə şərəflə yazılan qəhrəmanlıq səlnaməsi - 20 Yanvar!
Biz 33 il bundan əvvəl - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən o dəhşətli hadisələri tək faciə kimi yox, həm də milli azadlıq hərəkatımızın yüksəlişi, xalqımızın mətanəti, yenilməz əzmkarlığı, qürur günü kimi xatırlayırıq. Həmin gün xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları canlarından keçərək şəhid oldular. Günahsız insanlar, o cümlədən uşaqlar, qocalar, qadınlar cinayətkar sovet ordusu tərəfindən amansızlıqla qətlə yetirildi. Aəzrbaycan xalqına qarşı bu qanlı terrorun həyata keçirildiyini ilk olaraq cəsarətlə bütün dünyaya bəyan edən ümummilli lider Heydər Əliyev oldu və bu bəyanatla bütün dünya azərbaycanlılarını ayağa qaldırdı. Yüzlərlə insanın qətlə yetirilməsini xalqımıza qarşı cinayət adlandırdı və bu hadisəyə hüquqi-siyasi qiymət verilməsini tələb etdi. Heç bir qoşun, heç bir hədə-qorxu xalqımızın demokratiya və milli azadlıq mübrizəsini boğa bilmədi. Bu gün biz istər o qanlı gecənin istərsə də Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin əziz ruhunu daim ehtiramla yad edirik. Unutmuruq və unutdurmuruq! Dövlətimizin şəhid ailələrinə qayğısı davam edir. Cənab Prezident İlham Əliyevin bu haqda çoxsaylı fərmanları bunun bariz nümunəsidir.
Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bu gün bir daha sübut edir.
Allahdan 20 Yanvar və cəmi Şəhidlərimizə rəhmət diləyir onların ruhu qarşıdında baş əyirik!
Nazilə Əliyeva,
Bakı şəhəri, Xətai rayonu 17 nömrəli tam orta məktəbin direktoru