NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycana səfər edəcək.
"İki sahil" bu barədə NATO rəsmisinə istinadən xəbər verir.
NATO rəsmisinin sözlərinə görə, Xavyer Kolominanın səfəri bu həftə baş tutacaq.
Onun sözlərinə görə, Baş katibin xüsusi nümayəndəsi Xavyer Kolomina Bakı ilə yanaşı, İrəvana da səfər edəcək.
“Xavyer Kolominanın səfəri NATO-nun bu iki mühüm tərəfdaş ölkəsinin rəsmiləri ilə müntəzəm siyasi məsləhətləşmələrin bir hissəsidir. Səfər zamanı xüsusi nümayəndə regionda təhlükəsizlik sahəsində baş verən hadisələr və NATO-nun hər iki ölkə ilə tərəfdaşlığı ilə bağlı yüksək vəzifəli rəsmilərlə fikir mübadiləsi aparacaq”, - bildirilib.
Təhlükəsizlik məsələləri ilə əlaqədar olaraq Xavyer Kolominanın səfərinin dəqiq tarixi göstərilməyib.
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram