GPS - Global Positioning Systems/Qlobal Mövqetəyinetmə Sistemləri …
IV Sənaye İnqilabında Azərbaycan lider ölkə olmalıdır və bu, bizim gələcək inkişafımız deməkdir.
İlham Əliyevin
Azərbaycan Respublikasının Prezidenti
GPS nədir?
GPS - Qlobal Mövqetəyinetmə Sistemi olub dünya üzrə tətbiq olunan naviqasiya sistemdir. Bu ilk dəfə olaraq 1980-ci ildə ABŞ müdafiə nazirliyi tərəfindən NAVSTAR-GPS/Navigational Satellite Timing and Ranging - Global Positioning System mövqetəyinetmə və vaxt ölçmə üçün yaradılmış, rəsmi olaraq 17 iyul 1995-ci ildən istifadəyə verilmiş və ABŞ dəniz donanması üçün təyin olunmuş köhnə “NNSS”/Neveda National Security Site və atom bombalarının yerini təyinetmə sisitemi “Velan”ı da əvəz etmişdi. GPS - xüsusi qəbuledicinin köməyilə dünyanın istənilən nöqtəsində koordinatların (dəqiqlik 1-100 metr), eləcə də yer səthində və fəzada müxtəlif obyektlərin hərəkət sürətinin avtomatik olaraq operativ təyin olunmasına imkan verən peyk sistemini qurmaq olmuşdur.
Bu sistem, ABŞ hökumətinə məxsus 24 geostasionar peykdən ibarət mülki məqsədlər üçün 1.575.42 QHs, hərbi məqsədlər üçün isə 1.227.6 QHs tezlikdən istifadə etməklə fasiləsiz rejimdə işləyən və yerə elektromaqnit siqnalları göndərən xüsusi qurğu/qəbuledicilərlə qəbul edilərək peyklərə qədər olan məsafəni, o cümlədən yer səthindəki obyektin yerini yüksək dəqiqliklə müəyyən edən bir sistemdir.
Peyklər verilənləri (“data”nı) necə yerə ötürür?
Peyklər hər millisaniyədən bir Yerə aşağıdakı məlumatları ötürürlər:
· öz statusu/sistemin düzgün işləməsi və ya hər hansı çatışmazlığın olub olmaması haqqında;
· cari tarix/gün, ay, il və vaxt;
· almanax və efimeris məlumatları;
· və məlumatlar məcmusunun dəqiq göndərilmə vaxtını.
GPS peykləri əsasən iki tip verilənləri ötürür: “almanax” və “efimeris”.
“Almanax və efimeris”
verilənləri nədir?
Almanax bütün peyklərin orbitləri haqqında informasiyını özündə birləşdirir. Hər bir peyk bütün peyklər üçün almanax ötürür. Almanaxın məlumatları yüksək dəqiqliyə malik olmurlar və bir neçə ay müddətində keçərli sayılırlar.
Almanaxda olan informasiyalara əsasən bilmək olar ki, hər bir peyk, günün istənilən vaxtında səmanın harasında olmalıdır.
Efimeris məlumatları isə hər bir peyk üçün orbit və saat parametrləri üzrə çox dəqiq məlumatlara malik olurlar. Bu isə koordinatların dəqiq müəyyən edilməsi üçün zəruridir. Hər bir GPS peyki, almanaxdan fərqli olaraq, yalnız öz efimeris məlumatlarını ötürür ki, onlar da yalnız 30 dəqiqə ərzində keçərli olurlar.
Peyklər hər 30 saniyədən bir öz efimerislərini ötürürlər. Əgər GPS 30 dəqiqədən artıq müddətə söndürülüb, sonra yenidən yandırılmışdırsa, onda həmin GPS ona məlum olan almanax əsasında peykləri axtarmağa başlayır.
GPS - qəbuledici peyki tapan zaman, ekranda siqnalın gücünü əks etdirən sütun boş olur. Bu zaman hələ efımeris məlumatlarının toplanma prosesi gedir. Hər bir peykin efımerisi qəbul olunduqdan sonra ona müvafıq siqnal gücü qara rəngə boyanır və peykdən alınmış məlumatlar naviqasiya üçün yararlı hesab olunur. Əgər GPS-qəbuledicinin enerji mənbəyi 30 dəqiqədən az müddət ərzində söndürülüb yenidən yandırılarsa, o zaman qəbuledici peykləri çox tez tapar, çünki, belə olduqda efimeris məlumatlarını yenidən toplamaq lazım gəlmir. Bu proses “qaynar” start adlanır.
GPS-qəbuledicilərinin tətbiq sahəsi çox genişdir. GPS sistemi quruda, suda və yerətrafı məkanda istənilən nöqtədə mövqeyi müəyyən etməyə imkan verir. Onların geniş diapazona malik tətbiq sahəsindən asılı olaraq müxtəlif qiymətlər arasında dəyişən çeşidli GPS-qəbulediciləri mövcuddur.
GPS qəbuledici modellərinin tam spektrini ümumi şəkildə götürsək, onları 4 böyük qrupa bölmək olar:
1. Fərdi GPS qəbulediciləri;
2. Avtomobil GPS qəbulediciləri;
3. Dəniz GPS qəbulediciləri;
4. Aviasiya GPS qəbulediciləri.
1.Fərdi GPS-q/ediciləri, adından da göründüyü kimi fərdi istifadə üçün nəzərdə tutulmuşdur. Bu modelləri fərqləndirən əsas cəhətlər onların qabarit ölçülərinin kiçikliyindən, xidməti funksiyalarının genişliyindən ibarətdir. Xidmət fünksiyalarının genişliyi dedikdə, baza funksiyası olan və hərəkət marşrutunun hesablanması və formalaşdırılması da daxil olan naviqasiyadan başlayaraq, elektron poçtun qəbulu və ötürülməsi funksiyasına qədər imkanlar nəzərdə tutulur.
2.Avtomobil GPS-q/ediciləri, istənilən yerüstü nəqliyyat vasitəsində qurula bilən və hərəkətin parametrlərini dispetçer məntəqəsinə avtomatlaşdırılmış şəkildə ötürmək üçün qəbuledici-ötürücü qurğuya qoşulma imkanlıdır.
3.Dəniz GPS-q/ediciləri,
ultrasəs exolotları ilə təchiz olunur. Bu qəbuledicilər əlavə olaraq konkret sahil rayonları üçün kartoqrafıya və hidroqrafıya informasiyalı katriclərlə təhchiz olunurlar. Katricləri əvəzləmək də mümkündür.
Əflatun MƏMMƏDOV,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun direktorunun birinci müavini,
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert