"Dövlətimiz tərəfindən siyasi partiyalara münasibət hər zaman yüksək səviyyədə olmuşdur. Xüsusən siyasi partiyalardan gələn təkliflər, QHT-lərin bu prosesdə iştirakı, onların təklifləri əsasında qanun layihəsinə edilən korreksiya həm qarşılıqlı əməkdaşlığın həm də konstruktiv təkliflərə Milli Məclisin açıq olmasının nümunəsidir. Müfəssəl şəkildə hazırlanmış yeni qanun partiyaların demokratik şəkildə fəaliyyət göstərməsinə tam şərait yaradır".
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
Onun sözlərinə görə, yenilənmiş variantda hazırlanmış “Siyasi partiyalar haqqında” qanunda ictimai müzakirələr zamanı irəli sürülmüş təkliflər nəzərə alınıb. Qanun Azərbaycanda siyasi mədəniyyətinin inkişafına xidmət edir, həmçinin insan hüquq və azadlıqlarının təmin olunmasında mühüm rol oynayır.
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram