17 yanvar 2023 18:35
278

3+3 və Azərbaycan-Türkiyə-İran formatlarında görüşlərin keçirilməsi müzakirə edilib

Qafqazın stabilliyi hər birimiz üçün önəmlidir.

“İki sahil” xəbər verir ki,  bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan ilə Ankarada keçirilən birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, iranlı həmkarı ilə 3+3 və Azərbaycan -Türkiyə-İran formatları çərçivəsində görüşlərin keçirilməsini müzakirə edib.

Nazir, Qafqazda həyata keçiriləcək infrastruktur layihələrin hər kəs üçün xeyirli olacağını da əlavə edib.