17 yanvar 2023 19:54
497

Əfv Komissiyasının növbəti iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

“İki sahil” xəbər verir ki,  iclasda 100-dən çox müraciətə baxılıb.

Komissiyanın növbəti iclası yanvarın 24-ə təyin edilib.

Qeyd edək ki, bu, komissiyanın ikinci iclasıdır. Ötən iclasda 120 müraciətə baxılıb.