Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub.
“İki sahil” xəbər verir ki, yanvarın 17-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı zamanı ikitərəfli və regional gündəliyin bir sıra aktual məsələlərini müzakirə olunub
Rusiya tərəfi 9 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda müəyyən edilmiş parametrlərə uyğun olaraq Laçın yolu boyunca nəqliyyatın hərəkətinin ən qısa müddətdə tam şəkildə açılmasının vacibliyini vurğulayıb.
Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında razılaşmalar əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının əsas trekləri üzrə hərtərəfli işin bərpası üçün bütün əlaqəli məsələlər üzrə qarşılıqlı məqbul həllərin əldə edilməsinin vacibliyi də vurğulanıb.
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram