Azərbaycanda yeni tankerlərin, quru yük gəmilərinin və bərələrin sayının artırılmasına ehtiyac var.
“İki sahil” xəbər verir ki, bu barədə Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda Niderlandın “Damen Shipyards Group” şirkətinin icraçı direktoru və səhmdarı Arnout Damen ilə görüşdə bildirib.
Bu sahədə də "Damen Shipyards Group" şirkəti ilə əməkdaşlıq üçün yaxşı potensialın mövcud olduğunu qeyd edən dövlətimizin başçısı Azərbaycanın önəmli tranzit ölkəyə çevrildiyini vurğulayaraq, respublikamızın ərazisindən keçən yüklərin həcminin 75 faiz artdığını deyib.
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram