17 yanvar 2023 22:09
518

Azərbaycanın su resurslarında “CISCO” şirkətinin texnologiyalarından istifadə olunacaq

Azərbaycanda su resurslarından istifadə olunmasında “CISCO” şirkətinin texnologiyalarının tətbiqi məsələləri müzakirə olunub.

“İki sahil” xəbər verir ki,  bu barədə Prezident İlham Əliyevin Davosda “CISCO” şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix ilə görüşündə bildirilib.

Söhbət zamanı təhsil və kibertəhlükəsizlik sahələrində əməkdaşlığın perspektivləri də müzakirə edilib.