Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər ölkəmizə 22 min meqavatadək külək və günəş enerjisini istehsal etmək imkanı yaradacaq.
“İki sahil” xəbər verir ki, bu barədə yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Fortesque Future Industries” şirkətinin sədri Endrü Forest ilə görüşündə bildirilib.
Qeyd edilib ki, həmin enerjinin 12 min meqavatlıq hissəsinin istehsalının SOCAR və “Fortesque Future Industries” şirkəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram