18 yanvar 2023 11:35
493

Gender məsələsinə dair dəyirmi masa təşkil ediləcək

“25 yanvar tarixində Yeni Azərbaycan Partiyası ilə komitəmizin dəyirmi masası baş tutacaq”.

“İki sahil” xəbər verir ki,  bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova deyib.

Komitə sədri bildirib ki, dəyirmi masada siyasi partiyalarda gender məsələləri müzakirə ediləcək: “Bu, hər il keçirilir”.