Prezident İlham Əliyev “Signify” şirkətinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib.
“İki sahil” xəbər verir ki, dövlət başçısı yanvarın 18-də Davosda “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin baş icraçı direktoru Erik Rondolat ilə görüşü zamanı Bakı, Sumqayıt, Gəncə də daxil olmaqla artıq 11-dən çox şəhərin işıqlandırma sistemlərinin ağıllı layihələr, ağıllı həllər vasitəsilə həyata keçirildiyini xüsusi qeyd edib.
Prezident İlham Əliyev bunun Azərbaycanın son illərdə yaşıl enerji siyasətinin dəstəklənməsi istiqamətində ciddi addımlarından biri olduğunu bildirib. Qeyd edilib ki, bu yeni texnologiyalar nəticəsində elektrik enerjisi sərfinə ciddi şəkildə qənaət olunacaq.
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram