“Suriyada bizi bataqlığa çəkmək istəyənlər, Qarabağda məyus etməyə çalışanlar vardı. Arsenalımızda olan silahlarla onları peşman etdik”.
“İki sahil” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisindəki (TBMM) çıxışında deyib.
Dövlət başçısı vurğulayıb ki, azərbaycanlı uşaqlara Bayraktar adı verilir.
O bildirib ki, “Bayraktar-TB 2” Liviyadan Qarabağa qədər hər yerdə öz sözünü deyib: “Əlbəttə, işlərimiz davam edir. İndi də “Qızıl Elma” və milli döyüş təyyarələrimiz gəlir.
PUA-larımız terrorçuları məhv edir. Əlbəttə, uğurlarımızın davamı gələcək. Onu da deyim ki, "Baykar" müdafiə sənayesi şirkəti həyata keçirdiyi layihələrlə bağlı dövlətdən pul almır”.
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram