Rusiya xarici işlər naziri Sergey Lavrovun 2022-ci ilin yekunları ilə bağlı mətbuat konfransında Yaponiya nəşrini təmsil edən jurnalistin Laçın dəhlizi ilə bağlı sual verməsi rusiyalı naziri təəccübləndirib.
“İki sahil” xəbər verir ki, Lavrovun illik brifinqinin sonuna yaxın Rusiya XİN rəsmisi Mariya Zaxarova son iki sual vermək imkanını ölkəsinə dost olmayan dövlətlərin mediasına təqdim etməyi təklif edib. Yaponiyanın "Ci-Ci Press" nəşrinə sual vermək imkanı yaradılıb. Özünü təqdim edən "yaponiyalı jurnalist" Meri Gevorkyan əslən erməni olduğuna görə Laçın yolu ilə bağlı sual verəcəyini söyləyib.
XİN rəhbəri: Azərbaycan bu il milli maraqlara söykənən açıq xarici siyasət həyata keçirib
Hikmət Hacıyev Baydenin müşaviri ilə Azərbaycan-Ermənistan sülh müqaviləsi üzrə danışıqları müzakirə edib
Azərbaycan-Rusiya sərhədinin demarkasiyası üzrə komissiyanın tərkibində dəyişiklik edilib
Lavrov isə “yaponiyalı jurnalist"in Laçın dəhlizi ilə bağlı sualına ironiya ilə "Yaponiya üçün ən başlıcası Laçın yoluna aid olan sualdır" deyə cavab verib.
Qeyd edək ki, Lavrovun brifinqində Azərbaycan və Ermənistan mediasının təmsilçilərinə sual vermək imkanı yaradılmayıb. Rusiya XİN başçısı bununla belə, Belarusun "Belta" agentliyinin müxbirinin KTMT ilə bağlı sualına cavabında Azərbaycan-Ermənistan sərhədindəki və “yaponiyalı jurnalist"in məlum sualına cavabında isə Laçın yolundakı vəziyyətlə bağlı danışıb.
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram