18 yanvar 2023 17:13
542

Azərbaycan Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında Konvensiyanı təsdiqləyəcək

Azərbaycan Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında Konvensiyanı təsdiqləyəcək.

“İki sahil” xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisə daxil olub.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə” qanunun layihəsi daxil edilib.