Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda BP Qrupunun baş icraçı direktoru Bernard Luni ilə görüşü olub.
“İki sahil” xəbər verir ki, BP Qrupunun baş icraçı direktoru Azərbaycanda əldə olunmuş böyük nailiyyətlər və sürətli inkişaf prosesləri ilə bağlı Prezident İlham Əliyevi təbrik edib.
Dünyada böyük maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanın qazandığı uğurların önəmini vurğulayan Bernard Luni, eyni zamanda, azad edilmiş ərazilərdə inşaat infrastrukturu sahəsində görülən genişmiqyaslı işləri qeyd edib.
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram