“Lisenziya alanda qurumun loqotipi təsdiqlənir. Sonradan bunu Audiovizual Şuraya demədən dəyişənlər cərimələnir”.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Medianın İnkişafı Agentliyinin Hüquq xidmətinin rəhbəri Rəqsanə Kərimova deyib.
O bildirib ki, Audiovizual Şuranın səlahiyyətində televiziyada orta aylıq əməkhaqqını müəyyənləşdirmək məsələsi yoxdur: “AzTV dövlət tərəfindən maliyyələşir. 3500 cərimənin ödənilməsi də dövlət büdcəsindən maliyyələşən audiovisual yayımçıya aiddir”.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev cərimənin əməkhaqqıya mütənasibliyinin aydınlaşdırılmalı olduğunu bir daha vurğulayıb: “Bu cərimə çoxdur”.
Rəqsanə Kərimova isə qeyd edib ki, reytinq ölçən cihaz yeni tətbiq olunur və məqsədi audiovisual yayımçılara daha çox reklam verilməsinə nail olmaqdır.
Qüdrət Həsənquliyev isə onun məqsədiylə deyil, cərimənin adekvat olub-olmadığı ilə maraqlandığını diqqətə çatdırıb.
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram