Azərbaycan Premyer Liqası keçmiş SSRİ-nin ən güclü futbol liqasıdır.
“İki sahil” xəbər verir ki, bu, İFFHS-in 2022-ci ilin yekunlarına əsasən tərtib etdiyi dünya reytinqində öz əksini tapıb.
Qurumun bu gün açıqlanan cədvəlində planetin ən güclü 80 liqası yer alıb. Postsovet məkanından 11 çempionat siyahıya düşüb.
Dünyada 41-ci olan Azərbaycan çempionatı MDB və Baltikyanı ölkələr arasında ən yüksək mövqedədir. Latviya ikinci, Litva üçüncüdür. Buna Rusiya və Ukraynanın kəskin şəkildə geriləməsi səbəb olub.
Siyahıdakı 80 liqadan 45-i UEFA üzvləridir. Azərbaycan Avropa ölkələri arasında 21-cidir.
Qeyd edək ki, postsovet məkanından Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan siyahıya düşməyib.