19 yanvar 2023 14:23
499

Ukraynanın Azərbaycandakı səfiri Şəhidlər xiyabanını ziyarət edib

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqələr Şəhidlər xiyabanını ziyarət edib.

“İki sahil” xəbər verir ki, diplomat şəhidlərin xatirəsini ehtiramla anıb, məzarları önünə güllər düzüb.