19 yanvar 2023 14:58
524

Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Serbiya səfirləri Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Serbiyanın Azərbaycandakı səfirləri 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

“İki sahil” xəbər verir ki, bu barədə Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhram Əşrəfxanov “Twitter“də paylaşım edib.

“Digər ölkələrin səfirləri ilə birlikdə Bakıdakı Şəhidlər xiyabanını ziyarət etdik, 20 Yanvar faciəsi qurbanlarının məzarları üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad etdik. Allahdan rəhmət diləyirəm!”, paylaşımda deyilir.

Özbəkistan səfiri Bəhram Əşrəfxanovla yanaşı, Serbiya səfiri Draqan Vladisavljeviç, Qırğız Respublikasının səfiri Kayrat Osmonaliyev və Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov ziyarətdə iştirak edib.