19 yanvar 2023 17:30
1957

Saçlar haqqında bilmədikləriniz

Saç kəsiminin onların böyümə sürətinə təsir etdiyinə dair fərziyələr  insanlar arasında yayılmaqdadır.Lakin bu yalnış fikirdir. Saç kəsimi saçqıranları  aradan qaldırmağa kömək edir, lakin onların böyüməsinə heç cür təsir etmir. Həm də  saçlar kökdən böyüyürlər, saç kəsimini zamanı isə onların  ucları kəsilir, buna görə də saç düzümü ilə onların böyümə sürəti arasında heç bir əlaqə yoxdur.

Qara rəng dünyada ən çox yayılmış saç rəngidir. Bu saç rənginə  bütün millətlərin nümayəndələrində rast gəlinir.

Ən nadir saç rəngi isə kürəndir. Dünya əhalisinin yalnız 1%-i bu rəngə sahibdir. Təbii sarışınlar kürən saçlılarla bərabər səviyyədədirlər. Statistikaya görə, dünya əhalisinin yalnız 1,8-2%-ni sarışınlar təşkil edir.

Saçlar bədənimizdə ən sürətlə böyüyən toxumalardan biridir. Cəmi bir ay ərzində onlar 1 santimetrdən çox böyüyə bilərlər.

Hazırda keratin əsaslı şampun dünyanın ən məşhur şampunlarından biridir. Heç bilirdinizmi ki, saçlarımızın  tərkibi  keratindən ibarətdir. Keratin, bioloji mənşəli materiallar arasında xitindən sonra ikinci olan mexaniki qüvvəyə malik fibrilyar zülallar ailəsinə daxildir.  Keratindən əlavə bu şampunların tərkibində su (təxminən 15%), lipidlər (təxminən 6%), piqment (1%) mövcuddur.

Sarışınların başlarında digərləri ilə müqayisədə daha çox tük olur. Orta hesabla sarı saçlı bir insanın başında  təxminən 140 min tük olur.  Qəhvəyi saçlılarda təxminən 110.000, qara saçlılarda 108.000, kürən  saçlılarda isə təxminən 90.000  olur.

Sarışınların başlarında daha çox tük olsa da, lakin onların saçları tünd saç  rənginə sahib olan insanlardan daha nazik olurlar. Maraqlıdır ki, sarışın saçlı insanlar, tünd saçlı insanlardan nisbətən daha çox tüklüdürlər.

Saçlarınızın gigienasına fikir vermək çox önəmlidi.  Saçları hədsiz isti və ya soyuq su ilə yumaq olmaz: suyun optimal dərəcəsi 35-45°C olmalıdır. Saçlar yağlı olduqca, suyun temperaturu soyuq olmalıdır. Bundan əlavə şampunu quru saçlara vurmaq məsləhət deyil, əvvəlcə saçları yaxşı islatmaq, sonra ovuca şampun toküb köpük halına gətirmək, bundan sonra səliqəli və yavaş-yavaş baş dərisini yumaq lazımdır. Saçları ən az iki dəfə köpükləyib yumaq tövsiyə edilir. Belə ki, ilk yumada sadəcə çirk və yağlılığın müəyyən hissəsi yuyulur, ikinci yuyulmada isə şampunun müalicə effekti təsir edir. Saçları yuduqdan sonra yaxşıca yaxalamaq önəmlidir ki, onların səthində hər hansısa yuyucu vasitələrin elementləri qalmasın.

Statistikaya görə, kişilərin təxminən 50%-i 60 yaşına kimi keçəlləşir, qadınların isə 40%-də bu yaşda  güclü saç tökülməsi müşahidə olunur.

Saçlar ölü toxumadır. Onlar ölü hüceyrələrdən ibarətdir və tərkibində sinirlər, əzələlər və ya qan yoxdur.  Onların yeganə canlı hissəsi onların milidir.

Belə hesab edilir ki, saçları yumadan öncə daramaq, onların yuduqdan sonra daranmasını asanlaşdırır. Gödək saçları köklərdən, uzun saçları isə uclardan yuxarıya doğru yavaş-yavaş daramaq lazımdır. Yaş saçları daramaq məsləhət görülmür, lakin zəruri halda metal daraqlardan deyil, plastik və ya taxtadan hazırlanmış daraqlardan istifadə daha münasibdir. Saçlar üçün ən yaxşı quruma növü təbii qurutmadır, bundan başqa isti dəsmal ilə də qurutmaq olar. Fenlərdən tez-tez istifadə etmək saçlara ziyanlıdır, ancaq isifadə etmək mütləq olduğu halda saçlardan 40 sm aralı tutmaqla etmək olar.

Müxtəlif səbəblərə görə orta hesabla planetin 60-70% kişiləri və 30-40% qadınları saçlarının tökülməsindən əziyyət çəkirlər.

Saçlarınız tökülürsə, ilk olaraq laborator analzilər vasitəsi ilə dəmirin səviyyəsini yoxlayın. Dəmir defisitli anemiya hemoqlobinin aşağı olmasından əsaslanır.

Kürən saçlar sayına görə az, lakin ən qalın saçlardır.

Bir çox xanımlar saçların ağarmasını qocalma prosesinin bir siqnalı kimi qəbul edirlər. Bu həqiqətən belədirmi? Bu təbii proses olduğundan, gec və ya tez hər bir insanda baş verir. Adətən tək-tək ağ saçların peyda olması 30-35 yaşlara, 50-55 yaşlarda isə bu prosesin tezləşməsi müşahidə olunur. Əksər hallarda bu problem genetik olaraq keçicidir. Bu kimi problemin sizdə nə zaman yaranmasını bilmək üçün, valideynlərinizə baxmanız kifayətdir. Əgər valideynlərdən biri bu problemlə tez üzləşibsə, o zaman sizdə də bu problem çox güman ki olacaq.

Bundan əlavə isə, vaxtından tez saçların ağarması irsi olmayan faktor və bir çox xəstəliklərilə əlaqəli ola bilər:

— Qalxanvarı vəzin disfunksiyası

— Vitiliqo (piqmentasiyanın pozulması)

— B12 vitamini çatışmazlığı

— Anemiya

— Stess və əsəb sarsıntısı

Afrikalılarda ən aşağı saç artımı müşahidə olunur ( ayda təxminən 0,9 santimetr). Asiyalılarda isə əksinə saçlar  ayda 1,3 santimetrə qədər sürətlə uzanır.

Nyu-Yorkda yerləşən” Salon le Jemalik” yalnız qadınlar üçün və əsasən hicab taxan, lakin kişilərin yanında hicabını çıxara bilməyənlər üçün yaradılıb. Biznes Xuda Kyuxşi adlı bir qıza aiddir. O, bu salonu   ümumi salonlardan yorulduqdan sonra yaradıb.

Sidneydə yerləşən “Hot Cuts” dünyanın ən qeyri-adi bərbərxalar sırasına daxildir. Buranın bərbərxananın  xüsusilə kişilərdir. Çox maraqlıdırki, burada saç ustaları yalnız qızlardı. Onlar saç düzümlərini edərkən əsasən çılpaq olurlar. Qeyd edək ki, bu salonda saç düzümü etmək baha başa gəlir.

Saçların daha güclü olması  üçün müxtəlif müalicəvi maskalardan istifadə olunur. Belə maskalar həftədə 1-2 dəfə olmaqla saçlarda 15-20 dəqiqə ərzində saxlanılır.

Yadda saxlamaq lazımdır ki, saçlara qulluq da bədənin digər hissələrinə qulluq kimi  çox önəmlidir. 

Soyuq havalara nisbətən isti havalarda saçlar daha sürətli böyüməyə meyllidirlər. Bunun əsas səbəbi isə  qan dövranını stimullaşdıran havanın yüksək temperaturudu.

ABŞ-da maraqlı bir gözəllik salonu açılıb. Salonun sahibi Reggie Ross insanların yalnız gözəl görünmələrini deyil, həm də daha savadlı olmalarını istədiyi üçün salonun içində balaca bir kitabxana yaradıb. Kitab oxumağı təbliğ edən bərbərin sözlərinə görə,öz növbəsini gözləyən insanlar maraqlı kitablar oxuyaraq vaxtlarını da səmərəli keçirmiş olurlar.

Samirə Tağıyeva, “İki sahil”