Bizim üçtərəfli əməkdaşlığımızın bir neçə formatı var - xarici işlər nazirləri, müdafiə nazirləri və iqtisadiyyat nazirləri arasında. Liderlərin də zirvə görüşləri baş tutub. Biz artıq bunun bəhrəsini görürük.
“İki sahil” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında deyib.
“Biz aydın görməyə başlamışıq ki, burada balansa ehtiyac var, - biz, əlbəttə, enerji layihələrindən başladıq, - istehsalçı, tranzit ölkəsi və istehlakçı arasında balans. Biz hamı üçün uduşlu vəziyyət yaratmağa müvəffəq olduq və maraqların balansı təmin edildi”, deyə dövlət başçısı qeyd edib.
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram