Britaniya Parlamentinin Azərbaycan Qrupunun sədri Bob Blekmen parlamentin 19 yanvar tarixində keçirilmiş iclasında 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar qısa çıxış edib.
“İki sahil” xəbər verir ki, qrupun sədri Sovet qoşunlarının Azərbaycanda müstəqillik hərəkatının yatırdılması məqsədilə Bakı şəhərini işğalını, nəticədə yüzlərlə mülki şəxsin qətlə yetirildiyinə diqqət çəkib.
O, BK hökumətini Qara Yanvar faciəsi nəticəsində həyatını itirənlərin yaxınlarına, bütövlükdə Azərbaycan xalqına başsağlığı və həmrəylik mesajı verməyə dəvət edib.
İcmalar Palatasının lideri Penni Mordont Qara Yanvar faciəsinin ildönümünə diqqət çəkdiyinə görə Blekmenə minnətdarlığını bildirərək, bu faciənin Azərbaycan tarixinin mühüm hissəsi kimi xarakterizə etmiş, bu kədərli günün Birləşmiş Krallıqda hələ də bir çoxları tərəfindən xatırlandığını vurğulayıb.
Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlıqla bağlı videoçarx paylaşılıb
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi Azərbaycanda təmsilçiliyi genişləndirir