"İran tarixdə və islam tarixində böyük səhv edir, bu da bağışlanmazdır".
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə deyib.
"Biz İranı qardaş bilirdik və qardaşımızın belə addım atmasını istəmirdik", - o, vurğulayıb.
A.Paşazadə Tehranın İrəvanla qardaşlaşmasını səhv addım hesab edir: "Biz onları qardaş tanıyırdıq. Amma sonradan gördük ki, bu qardaşın başqa qardaşı da varmış. Biz ögey qardaş imişik. Hesab edirəm ki, onlar öz səhvlərini başa düşəcək. Onlar tarixdə və islam tarixində böyük səhv edirlər ki, bu da bağışlanmazdır. Ümid edirəm ki, səhvlərini başa düşüb geri qayıdacaqlar".
Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlıqla bağlı videoçarx paylaşılıb
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi Azərbaycanda təmsilçiliyi genişləndirir