Qanlı 20 Yanvar faciəsindən 33 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət edib.
“İki sahil” xəbər verir ki, dövlət başçısı ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla yad edib.
Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlıqla bağlı videoçarx paylaşılıb
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi Azərbaycanda təmsilçiliyi genişləndirir