20 yanvar 2023 21:38
1088

Kürdəmir, Göyçay və Ağsuda şəhidlərin əziz xatirəsi ehtiramla anılıb

Kürdəmirdə, Göyçayda və Ağsuda şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.

“İki sahil” xəbər verir ki, Kürdəmir rayonunda “20 Yanvar” parkında “Ana harayı” abidəsinin önündə şəhidlərin xatirəsi yad edilib.

Sonra rayon rəhbərliyi və tədbir iştirakçıları Şəhidlər xiyabanında ucaldılmış “Şəhidlər” abidəsinin önünə gül dəstələri düzülüb və onların məzarlarının üzərinə tər çiçəklər qoyulub.

20 Yanvar faciə qurbanlarınınm xatirəsi Ağsu rayonunda da böyük ehtiramla anılıb. Rayonun Qəhrəmanlıq kompleksindəki abidə ziyarət olunub.

Göyçay rayonunda 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, rayon sakinləri Şəhidlər xiyabanını ziyarət edib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin müqəddəs xatirəsi dərin ehtiramla yad olunub.