NATO-nun baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina bu həftə Cənubi Qafqaza gələrək Ermənistan və Azərbaycanda səfərdə olub.
“İki sahil”in NATO-nun rəsmi saytına istinadla verdiyi xəbərə görə, səfər tərəfdaşlarla müntəzəm siyasi məsləhətləşmələrinin tərkib hissəsidir.
Kolomina Ermənistanda Baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, müdafiə naziri Suren Papikyan və digər rəsmi şəxslərlə görüşüb.
Xüsusi nümayəndə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmilərlə görüşüb.
Görüşdə regional təhlükəsizlik məsələləri və Laçın dəhlizindəki vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlıqla bağlı videoçarx paylaşılıb
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi Azərbaycanda təmsilçiliyi genişləndirir